Bazar ertəsi, 15 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon rəhbəri Qarabağ müharibəsi şəhidi Hafiz Səfərovun ailəsini ziyarət edib - Tərtərdə    

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində birinci Qarabağ müharibəsi şəhidi Səfərov Hafiz Xosrov oğlunun ailəsini ziyarət edib,  onların problemləri və qayğıları ilə maraqlanıblar...

Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.

Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.  

Qeyd edək ki, şəhidi Səfərov Hafiz Xosrov oğlu 1970-ci il may ayının 13-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib. 1988-ci ilin may ayından 1990-cı ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində kolxozda işləyirdi. Erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün 1992-ci ilin avqust ayında təkrar hərbi xidmət etmək üçün Milli Ordu sıralarına gedib. Ağdərə ərazisində döyüşlərdə iştirak edib. Erməni işğalçılarından doğma torpaqlarımızın təmizlənməsi uğrunda gedən döyüşlər zamanı 1992-ci il sentyabr ayının 1-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndində şəhid olub. Subay idi. 

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Poliqon.info

 

 

 

 

 

 

 

 

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rafael İsgəndərov ölüm xəbərini təkzib edib...

HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib - Yenilənib

CNN: Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub

ABŞ ən bahalı suya sahib ilk on ölkə arasındadır

Taksi sürücüləri yeni qanundan yayınmağa çalışırlar: Göstərilən maşının yerinə başqası gəlir    

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Tramp: "Ölkəmizdə bunun baş verə biləcəyi inanılmazdır”

Zaqatalada tarixi abidə təhlükə ilə üz-üzədir - Video

Ən çox oxunanalar